Modern.az

Millət vəkilindən dindarlara çağırış: “Buyurun, cihad edin”

Millət vəkilindən dindarlara çağırış: “Buyurun, cihad edin”

27 May 2013, 21:09


Millət vəkili Fazil Mustafa dini kəsimə müraciət ünvanlayıb. Modern.az-ın məlumatına görə, deputat radikal dini qruplara qoşulan Azərbaycan vətəndaşlarını tutduqları yoldan geri qayıtmaya çağırıb.

“Eniş sırasına görə Alak surəsindəki ilk ayə "Ey Muhəmməd! Hər şeyi yaradan adına “oxu – öyrəndir”dir. Yəni "geyin", "cihad et" "qisas al" deyil ilk mesaj.

Bir qrup dinçilər öz həyat tərzlərində hər şeyi oxu/öyrəndən önə qoyublar. Quran-i Kərimdən seçərək öz təfsirlərinə görə qəribə bir sistem yaradıblar. Fikrimcə, bu günün ən böyük cihadı Suriyaya döyüşçü göndərmək deyil, Modern elmin olduğu məkanlara- ABŞ-ın, Avropa dövlətlərinin, Türkiyənin aparıcı universitetlərinə tələbə göndərmək və təhsil haqqını ödəməkdir. Buyurun, bu cihadı gerçəkləşdirin ki, İslam dünyasını geridə qalmışlıqdan, cəhalətdən qurtarasınız. Şəhidlik duyğusunu da içinizdə saxlayın ki, yaxın zamanlarda Qarabağ savaşı başlayanda başqa ölkələrdən olan savaşçılara üz tutmayaq.

Əziz dindar qardaşlarımız! Toplumu anlamsız məcaralara sürükləmək yerinə, müasir dünyada üstünlük qazanmaq üçün tək silahımız olan elmi biliklərə yiyələnməyə yönləndirək. Yəni Allahın əmrinə uyğun hər şeyə oxudan başlayaq!”-deyə F.Mustafa dindarla müraciətində bildirib. 

A.RÜSTƏMOV 


Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama