Modern.az

Zəlzələ bölgəsinə qaz verilişi dayandırıldı

Zəlzələ bölgəsinə qaz verilişi dayandırıldı

Dünya

6 Fevral 2023, 17:50

Türkiyədə zəlzələnin baş verdiyi bölgəyə təbii qazın verilməsi dayandırılıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə BOTAŞ şirkəti məlumat yayıb.

 

Bildirilib ki, qaz sızması və bədbəxt hadisələrin baş verməsi ehtimallarını önləmək üçün bu cür qərar qəbul edilib.

 

Təbii qaz verilişinin nə zaman bərpa olunacağı açıqlanmayıb.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

 

Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.

 

Hazırda zəlzələ nəticəsində həyatını itirənlərin ümumi sayı 1121 nəfər, yaralıların sayı isə 7634 nəfər təşkil edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər