Modern.az

Tank əleyhinə raket kompleksləri toplandı - VİDEO

Tank əleyhinə raket kompleksləri toplandı - VİDEO

Hadisə

6 Fevral 2023, 18:08

Azərbaycan Ordusunda 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksi manqasının komandirləri və operatorlarının hazırlığı üzrə toplanış keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, heyətlər tərəfindən kompleksin “Döyüşə” və “Səfərə” gətirilmə qaydaları, hədəfgöstərmə, tuşlama və atışların aparılması üzrə fəaliyyətlər icra olunub.

 

Şəxsi heyətin bilik və bacarığının qiymətləndirilməsi, eləcə də vərdişlərin təkmilləşdirilməsi məqsədilə praktiki atış tapşırıqları uğurla yerinə yetirilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi