Modern.az

Ötən il itkin düşən şəxsin meyiti tapıldı

Ötən il itkin düşən şəxsin meyiti tapıldı

Hadisə

6 Fevral 2023, 18:28

Bərdə rayonunda itkin düşən şəxsin meyiti tapılıb. 

 

Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, ötən il rayon sakini Rəşad Kərimovun itkin düşməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

Bu gün səhər saatlarında R.Kərimovun meyiti Yuxarı Şirvan suvarma kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Meyitə ilkin baxış zamanı  zorakılıq əlamətləri aşkar edilməyib, onun intihar etdiyi ehtimal olunur.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...