Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından seçilən deputat İbrahim Halilə ağır itki üz verib.
Modern.az xəbər verir ki, onun əmisioğlu Sergen Yıldız Şanlıurfada baş verən zəlzələ nəticəsində dünyasını dəyişib.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.
Son məlumatlara görə, hadisə nəticəsində 1498 nəfər həyatını itirib, 8533 nəfər isə yaralıdır.