Yunanıstanın xarici işlər naziri Nikos Dendias türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb.
Modern.az xəbər verir ki, bu barədə Dendias özünün "Twitter" hesabında məlumat yayıb.
O, Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərə görə Çavuşoğluya başsağlığı verib.
"Yunanıstanın dəyən ziyana qarşı mübarizə və axtarış-xilasetmə işlərinə dəstək verməyə hazır olduğunu söylədim", - Dendias yazıb.
Bundan əvvəl Yunanıstanın baş naziri Kiryakos Mitsotakis ölkəsinin Türkiyənin yanında olduğunu bildirib.
Akif İsmayılov