Modern.az

Prezidentin köməkçisi beynəlxalq səyyahlarla görüşdü

Prezidentin köməkçisi beynəlxalq səyyahlarla görüşdü

Aktual

6 Fevral 2023, 19:58

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq ziyarətçilərlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün "Twitter" hesabında paylaşım edib.

 

“Azərbaycanı və Ermənistanın 30 illik dağıdıcı hərbi işğalından azad edilmiş əraziləri ziyarət edən 6-cı Beynəlxalq ziyarətçilər qrupu. Təbiətin gözəlliyi və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma işlərinin miqyası beynəlxalq ziyarətçiləri heyran edib”, - Hikmət Hacıyev qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı