İsrailin paytaxtı Təl-Əvivdə bələdiyyə binası Türkiyə bayrağı ilə işıqlandırılıb.
Modern.az xəbər verir ki, bu barədə İsrailin Türkiyədəki səfiri İrit Lillian "Twitter"də paylaşım edib.
“Türkiyə Cümhuriyyəti ilə həmrəylik rəmzi olaraq Təl-Əviv bələdiyyəsi bu gecə öz binasını Türkiyə bayrağı ilə işıqlandırır. Ürəyimiz sizinlədir”, - diplomat qeyd edib.