Xəbər verdiyimiz kimi, bir nüçə gün öncə Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist İlhamə Qasımlıya ağır itki üz verib. İlhamə Qasımlının anası Gülüstan xanım mayın 21-də Ankarada xəstəxanada dünyasını dəyişib. Mərhumə Ankara şəhərindəki Karşıyaka məzrlığında dəfn olunub.
Hazırda Bakıda olan İlhamə Qasımlı burada anasının yas mərasimini təşkil edəcək.
Modern.az vasitəsilə dostlarına müraciət edən jurnalist deyib:
”Anam həmişə "sənin dəyərli dostların var" deyərdi. Anamla bir dəfə də olsa, qarşılaşan dostlarım əminəm ki, Anamın onlara verdiyi dəyəri hiss etmişdilər...
Dəyərli dostlarım!
Anamın vəfatından sonra istər internet, istərsə də telefon vasitəsilə verdiyiniz başsağlıqlarınız təsəllim oldu...
İyunun 1-də, şənbə günü, saat 15.00-da Təzəpir Məscidində Anamın xatirəsinə ehsan verəcəm...
Kədərimi bölüşmək istəyən dostlarım - hamınızı gözləyəcəm...
Hər birinizin vəfat edənlərinin xatirəsinə hörmətlə…”.
Modern.az