Modern.az

"Milli Şuranın Avropaya interqrasiya tələbi absurddur” - AÇIQLAMA

"Milli Şuranın Avropaya interqrasiya tələbi absurddur” - AÇIQLAMA

28 May 2013, 22:35

“Rüstəm İbrahimbəyov Milli Şuranın təxirə salınmasından narahatdır”

Bu gün – 28 May Respublika günündə elan olunması gözlənilən Milli Şuranın təqdimat mərasiminin təxirə salınmasının əsas səbəbləri bəlli oldu. Milli Şuranın təşəbbüskarlarından olan, “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev təqdimatın təxirə salınmasının gizli məqamlarını Modern.az-a açıqlayıb.

E.Quliyev açıqlamasında ad çəkməsə də Milli Şuranın təxirə salınmasının bəzi müxalifət liderlərinin əsassız bəhanələri ilə bağlı olduğunu deyib.

“El” rəsmisi həmçinin Milli Şuranın gün ərzində elan olunacağına ümid etdiyini deyib:
“Milli Şuranın yaranması haqda qərar elan olunacaq. “El” hərəkatı öz etiraz bəyanatını verdi ki, Milli Şura nə üçün elan olunmur?. Milli Şuranın obyektiv səbəb göstərmədən elan olunmamağı bizi çox narahat edir. Əsaslı bir səbəb göstərmədən bunu təxirə salmaq olmaz. Ümid edirik ki, bu gün ərzində Milli Şura elan olunacaq”.

E.Quliyev daha sonra Milli Şuranın təqdimatının təxirə salınmasının Müsavat başqanı İsa Qəmbərlə bağlı olması haqda yayılan xəbərləri təkzib etməyib.

“Burada anlaşımamazlıq bilirsiz necədir, Milli Şuranın yaranmasında əsas fiqurlardan olan bəzi partiya liderləri Azərbaycanın Avroatlantik məkanına inteqrasiyasını Milli Şuranın nizamnaməsinə salmaq istəyir. Bu da mənim fikrimcə, absurddur. Çünki, Milli Şura hakimiyyət deyil ki, öz siyasi prioritetlərini elan eləsin. Qismət olarsa gələcəkdə bu haqda müzakirə aparmaq olar. Bu Milli Şuranın yaranmasına mane olmamalıdır. Milli Şuranı hər hansı ölkəyə bağlamaq üçün əsas ola bilməz. Məsələ bundan ibarətdir. Bunlar mən bilən bəhanə və Milli Şuranın yaranmasına maneə cəhdidir”-deyə E.Quliyev bildirib.

Hazırda Rusiyada olan Rüstəm İbrahimbəyovla telefonla danışdığını deyən E.Quliyevin sözlərinə görə, kinodramaturq Milli Şuraya görə narahatdır.

“Rüstəm bəylə əlaqə saxlamışam, çox narahatdır. Hesab edir ki, demokratik qüvvələrin bir araya gəlməsi üçün ən gözəl vaxt və məqam bu gündür. Rüstəm bəy də Milli Şuranın təxirə salınmasına çox narahatdır”.

Qeyd edək ki, Milli Şuranın təqdimatı bu günə təyin olunsa da son anda mərasim təxirə salınıb.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama