Modern.az

Rövnəq Abdullayevdən iş axtaranlara yeni xəbər

Rövnəq Abdullayevdən iş axtaranlara yeni xəbər

29 May 2013, 09:34

ARDNŞ-də işə qəbul olunmaq istəyən şəxslər 30 may 2013-cü il tarixdən etibarən Şirkətin www.socar.az korporativ veb-səhifəsinin “Karyera” (careers.socar.az) bölümünün “İşə qəbul” bölməsinin “Vakansiyalar” panelinə daxil olmalı, bilik və bacarığına uyğun vakansiyanı seçərək vahid elektron müraciət formasını doldurmalıdırlar.
ARDNŞ-dən verilən məlumata görə, veb-səhifədə yeni vakansiyalarla yanaşı, cari ilin mart-aprel aylarında elan olunmuş, lakin doldurulmamış vakansiyalar da yerləşdiriləcək. “İki Sahil” qəzetində isə elan olunacaq vakansiyaların siyahısı haqqında ətraflı məlumat veriləcək.

ARDNŞ bəyan edib ki, müxtəlif vəzifə və peşələr üzrə həyata keçirilən işə qəbul prosesində şəffaflığın təminatı daim diqqət mərkəzindədir. Şirkətin idarə və müəssisələrinə işçilərin qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə 2 mərhələdən ibarətdir. Müsabiqənin birinci mərhələsi test imtahanı (peşə sınaq imtahanı), ikinci mərhələsi isə mütəxəssislərdən ibarət komissiya tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir. Birinci mərhələni uğurla başa vuran namizədlər 2-ci mərhələdə iştirak etmək hüququ qazanırlar.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama