Modern.az

Təhsil Nazirliyindən dərsliklərlə bağlı yeni AÇIQLAMA

Təhsil Nazirliyindən dərsliklərlə bağlı yeni AÇIQLAMA

29 May 2013, 10:55
 

“Yeni tədris ilinə ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün kurikulum əsasında ilk yeni dərslik komplektləri (dərslik və müəllim üçün metodik vəsait) hazırlanacaq”. Bu barədə Modern.az-ın 14.05.2013-cü il tarixində Təhsil Nazirliyinə ünvanladığı sorğuya adı çəkilən qurumun İctimaiyyətlə əalqələr şöbəsindən cavab olaraq bildirilib.
Həmçinin qeyd edilib ki, 2013-2014-cü tədris ilində 2 və 4-cü sinif dərsliklərinin də çapı nəzərdə tutulur. Qurumdan verilən məlumata görə, dərsliklərlə bağlı onlara daxil olan bütün təklif və rəylər təkrar nəşrlərdə nəzərə alınmaq üçün nəşriyyat-poliqrafiya müəssisələrinə və müəlliflərə göndərilir və təbii ki, səmərəli olanlar nəzərə alınır. TQDK-nın monitorinqlərinin nəticələri də bu məqsədlə aidiyyəti ünvanlara çatdırılıb. 

Aytən ƏLİYEVA  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama