Bu gün Bakıda "Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumu keçirilir. Modern.az xəbər verir ki, Prezident İlham Əliyev forumda çıxış edib.
Qeyd edək ki, forum çərçivəsində "ABŞ-Azərbaycan Strateji əməkdaşlığı: ABŞ-Azərbaycan münasibətləri", "Enerji təhlükəsizliyi - Xəzər dənizindən Avropaya doğru: dəyişən dünyanın enerji təhlükəsizliyinin dinamikası: Cənubi Enerji Dəhlizinin yeni perpektivləri", "Azərbaycan Şərq və Qərb arasında", "Avrasiya təhlküəsizliyi və əməkdaşlığı: Azərbaycanın regional sülh və sabitlikdə rolu" mövzusunda sessiyalar, eləcə də "ABŞ-nın daxili və xarici siyasəti", "Qadınların dövlət idarəçiliyində liderlik rolu", "Qara qızılın insan kapitalına çevrilməsi: Azərbaycanın gələcəyinə investisiyalar", "Azərbaycan qlobal strateji yolayrıcında", "ABŞ və onun müttəfiqləri - ümumi baxışlar və dəyərlər", "Ağ ev, xalq və dünya" mövzusunda xüsusi sessiyalar keçiriləcək.
Modern.az