Modern.az

Tələbələrə verilən təqaüdlərin rəsmi məbləği açıqlandı

Tələbələrə verilən təqaüdlərin rəsmi məbləği açıqlandı

29 May 2013, 11:58

“Ali təhsil müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun tənzimlənir”. Modern.aza Təhsil Nazirliyindən verilən məlumata əsasən hazırda ali təhsil müəssisələrinin tələbələrinə təqaüdlər aşağıdakı məbləğlərdə ödənilir:

Magistratura səviyyəsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə - 93,50 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 77,00 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 49,50 manat

Bakalavriat səviyyəsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə - 88,00 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 71,50 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 44,00 manat

Növbəti illərdə tələbələrin təqaüd sistemində dəyişiklik barədə Təhsil Nazirliyində məlumat olmadığı qeyd edilib.

Qeyd edilib ki, hazırda ölkəmizdə dövlət sifarişi ilə bakalavriat səviyyəsinin I, II və III kurslarında və magistratura səviyyəsində təhsil alan tələbələrin 2013-cü il üçün təqaüd xərci 21,700,307 manat təşkil edir.
Eyni zamanda Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ali təhsil müəssisələrinin IV kursunda dövlət hesabına təhsil alan tələbələrin 2013-cü il üçün təqaüd xərci 2,675,944 manat təşkil edir.

Nazirlik eyni zamanda qəbul imtahanlarında ən yüksək nəticə göstərərək Prezident təqaüdü alan tələblər barədə də məlumat verib.
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq ölkə başçısının Sərəncamına əsasən müvafiq tədris ili üzrə hər il tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 100 nəfər tələbəyə Prezident təqaüdü verilir. Prezident təqaüdünün məbləği hazırda 150 manat təşkil edir”.

2011/2012-ci tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsini bitirməli olan 21872 tələbədən 20768-i (95%) müvəffəq qiymət ala bilib ki, onlardan 18030-u əyani, 3842-si qiyabi şöbənin tələbələri olub.

Magistratura səviyyəsini bitirməli olan 3283 nəfər tələbədən 3130-u (95.3%) təhsillərinin müvəffəqiyyətlə başa vurub. Onlardan 2208-i əyani, 922-si qiyabi şöbənin tələbələridir.

2013-2014-cü illərdə dövlət sifarişinə qəbulla yerlər də açıqlanıb. Belə ki, 2012-2013-cü tədris ilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinin, o cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının bakalavriat səviyyəsinə dövlət sifarişi əsasında tələbə qəbulu üçün 10906 yer ayrılıb. Gələn tədris ili üçün isə 11287 yer nəzərdə tutulub.

Məlumatda həmçinin bildirilib ki, Respublika üzrə ali təhsil müəssisələrində dövlət hesabına hazırda 51737 nəfər tələbə təhsil alır. 

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama