"Allah xeyir versin, uğurlar..."
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, tanınmış siyasətçi Etibar Məmmədov kinodramaturq Rüstəm İbrahimbəyovun müəllifi olduğu Milli Şuranın elan olunması ilə bağlı fikirlərini Modern.az-la bölüşüb.
E.Məmmədov Milli Şuraya fəaliyyətində uğurlar arzulayıb. “Milli Şura elan olub. Allah xeyir versin. Fəaliyyətlərində uğurlar arzu edirəm”-deyə AMİP lideri bildirib.
E.Məmmədov Milli Şurada təmsil olunub-olunmayacağı ilə bağlı suala belə cavab verib:
“Partiyaya aid sualları mənə yox, partiyaya verin”.
Qeyd edək ki, dünən müxalifət liderləri tərəfindən Milli Şuran elan olunsa da müzakirələrdə AMİP iştirak etməyib.
Anar RÜSTƏMOV