Modern.az

Azərbaycanlı jurnalistdən Türk dünyasına ÇAĞIRIŞ

Media

8 Fevral 2023, 13:56

Elşad Eyvazlı

Bu məktubu sonadək oxumağınızı xahiş edirəm

2023-cü ilin fevralı Türk tarixinə qanla yazıldı. Zəlzələ Türk toplumuna soyqırımı yaşatdı. Nə yazıq ki, bu tarixə düzəliş etmək, gedənləri geri qaytarmaq mümkünsüzdür və gücümüzdə deyil. Amma zəlzələ nəticəsində dünyasını dəyişənlərin ruhunu şad etmək, yaralıların tez sağalması üçün gücümüz, iradəmiz daxilində çox şeylər var.

Tarixin o üzündən bu yana türk toplumu nələr görmədi, nələr yaşamadı ki...

Həyat isə davam edir.

Axan qanımızı dayandırmalı, göz yaşlarımızı qurutmalı, sabaha güclü getməliyik. Bunun üçün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir türkə müraciət edirəm.

Həyat tərzimizi dəyişək...

Yadıma Yaponiyada sunamidən sonra mağazada çörək növbəsində dayanan bir yaponun ona çatacaq çörəyin yarısından imtina etməsi düşdü. Jurnalist yapondan bunun səbəbini soruşanda cavab aldı ki, birdən ən sonda növbədə dayanana çörək çatmaz. Bizim ailə para çörəklə günü başa vuracaq. Təki hamıya çatsın...

Biz də elə olmalıyıq...

Çörək alarkən fikirləşək ki, qardaşlarımız acdır.

Paltar geyinərkən düşünək ki, qardaşlarımızın geyimi yoxdur.

İşə gedərkən ağlımızdan çıxmasın ki, qardaşlarımızın işi yoxdur.

Evə gələrkən yaddan çıxarmayaq ki, qardaşlarımızın evi yoxdur.

Yatağa uzanarkən unutmayaq ki, qardaşlarımızın çarpayısı yoxdur.

Maaş alarkən fikirləşək ki, qardaşlarımızın pulu yoxdur.

Çörəyimizi, paltarımızı, işimizi, evimizi, çarpayımızı, maaşımızı qardaşlarımızla bölüşək.

Hər şeyimizi, bəli, hər şeyimizi qardaşlarımızla bölüşək.

Fikirləşək ki, bununla biz valideynləri beton plitələr altında qalan uşaqlara dəstək oluruq.

Övladları beton dağıntıları altında qalan ata-analara, yaşlılara dəstək oluruq.

İnsanlığa, qardaşlığa dəstək oluruq.

Dünyasını dəyişənlərinin ruhunun sevinməsinə dəstək oluruq.

Bununla özümüzə, sabahımıza dəstək oluruq.

Özümüzə dəstək olaq!

Sabahımıza dəstək olaq!

Türkiyə sabahımızdır!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda şok yenilik-Azərbaycan dilinə icazə verildi