Modern.az

Bakıda Türkiyəyə yardım kampaniyasının təşkilatçısı təqdimat etdi

Bakıda Türkiyəyə yardım kampaniyasının təşkilatçısı təqdimat etdi

Aktual

8 Fevral 2023, 14:53

Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə “Qardaş köməyi” platforması yaradılıb.

Modern.az xəbər verir ki, fevralın 8-də “Bakı KOB evi”ndə Türkiyənin ölkəmizdəki səfirliyi ilə əlaqələndirilməklə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunmuş "Qardaş köməyi" platformasının təqdimatı keçirilib.

Qeyd olunub ki, dünən gecə saatlarında isti geyimlər, qida, şəxsi gigiyena vasitələri, yaşayış üçün konteyner tipli evlərdən ibarət humanitar yardım TIR-lara yüklənib. Növbəti mərhələdə Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsilə bu TIR-lar Türkiyəyə göndəriləcək.

Yardım prosesinin effektiv təşkili, əlaqələndirilməsi və yardımların ehtiyaca uyğun operativ təmin edilməsi məqsədilə “Qardaş köməyi” platforması yaradılıb.

MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri, "Qardaş köməyi" platformasının rəhbəri Rəşad Cabirli bildirib ki, zəlzələdən zərər çəkənlərə yardım etmək üçün platform Azərbaycan və Türkiyənin aidiyyəti dövlət qurumları ilə birgə koordinasiyalı fəaliyyət göstərəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir