Modern.az

Mustafa Hacılı 15 sutka müddətinə həbs edildi

Mustafa Hacılı 15 sutka müddətinə həbs edildi

29 May 2013, 13:09


Mayın 28-də müxalifətin Novxanı kəndində keçirdiyi bayram mitinqində həbs edilən Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacılının məhkəməsi keçirilib. Bu gün səhər saatlarında Abşeron Rayon Məhkəməsində baş tutan proses zamanı M. Hacılı barədə 15 sutka müddətinə inzibati həbs cəzası verilməsi barədə hökm elan edilib.

Xatırladaq ki, M. Hacılı bayram mitinqindən sonra mülki geyimli şəxslərin hücumuna məruz qalıb. 4 nəfər şəxs M. Hacılıya fiziki zor tətbiq edərək “Niva” markalı maşına otuzdurub. Bir neçə saat davam edən axtarışdan sonra M. Hacılının Abşeron Rayon Polis İdarəsində saxlanıldığı məlum olub. Müsavat Partiyasından “Azadlıq.TV”-yə verilən məlumata görə, Abşeron Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama