Modern.az

Ali məktəblərdə distant təhsil tətbiq olunacaq

Ali məktəblərdə distant təhsil tətbiq olunacaq

Təhsil

29 May 2013, 13:17

Hazırda bir neçə ali təhsil müəssisələrində distant təhsil alma formasının tətbiq edilməsi üçün müəyyən işlər aparılır”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd edilib. Bu istiqamətdə işlər başa çatdıqdan sonra həmin ali təhsil müəssisələrində distant təhsilalma formasının tətbiqi məsələsinə baxılacaq.

Məlumatda qeyd edilib ki, distant təhsilalma formasında informasiya texnologiyalarından əsas vasitə kimi istifadə olunduğundan onun tətbiqi üçün müvafiq ali təhsil müəssisələri müasir informasiya texnologiyaları vasitələri və avadanlıqları ilə təchiz olunmalı, tədrisi məsafədən təşkil etmək üçün ixtisaslaşdırılmış internet-auditoriyaları yaradılmalıdır.

Xatırladaq ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda distant təhsilalma forması təsbit edilib.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama