Modern.az

Sosial müavinətlərlə bağlı qanuna dəyişiklik təsdiqləndi

Sosial müavinətlərlə bağlı qanuna dəyişiklik təsdiqləndi

8 Fevral 2023, 16:34

Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

 

Modern.az xəbər verir ki, sənədə əsasən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 10.3-1-ci maddə əlavə edilir:

 

“10.3-1. Müavinətlərin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir