“Biz insanların azad olduğu və səsvermə hüququndan istifadə edə bildiyi demokratik bir cəmiyyətdə yaşamaq istəyirik”
Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) Ağsaqqallar Şurasının sədri, Azərbaycan baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsini və Ümumrusiya Azərbaycanlıları Konqresini (ÜAK) Samarada keçirilmiş “Azərbaycan Mədəniyyət günləri”nə dəstək verməməməkdə qınayıb.
“Bu həmin dövlət strukturu nümayəndələrinin bədbəxtçilyidir”
Modern.az saytı bildirir ki, “AzerRos”un rəsmi saytına müsahibəsində A.Abbasov “Azərbaycanın dövlət strukturu və bəzi Azərbaycan diaspor təşkilatları bu tədbirə dəstəyi rədd etdi. Bunu necə şərh edərdiniz” sualına belə cavab verib:
“Bu həmin dövlət strukturu nümayəndələrinin və təşkilatların bədbəxtçiliyidir. Onların dəstək verməməsi bir daha göstərdi ki, bizə birləşməyə imkan vermirlər. Biz buna can atırıq, amma əvəzində tam əksini görürük”-deyə A.Abbasov vurğulayıb.
Onun sözlərinə görə, hazırda hamı Rusiyada yaşayan azərbaycanlılarla bağlı hansı situasiyanın baş verdiyini başa düşür. “Bu təkcə Rusiyada deyil. Ukraynada, Belorusda, Özbəkistanda, hər yerdə bizim bədbəxçiliyimizdir”.
“Azerros”un Ağsaqqallar Şurasının sədri bu münasibəti “düzgün olmayan siyasət” adlandırıb.
“Bizə yapışdırmağa çalışdıqları bu milli özünüdərklə bağlı düzgün olmayan siyasət bizim milli maraqlarımızla kökündən ziddiyyət təşkil edir. Bu siyasət bizim xalqın birləşdriliməsinə xidmət etmir. Bu həmçinin bizim dövlətin birlik və dəstək siyasəti ilə bağlı apardığı işə xidmət etmir. Bütün bəla da bundadır”.
“Kim olursa olsun, imkan verməyəcəyik ki xalqmızı tapdalasınlar”
A.Abbasov bildirib ki, ictimai təşkilatların əsas məqsədi soydaşlarımızı birləşdirmək olmalıdır. “Buna mane olacaqlar, müqavmət göstərəcklər, lakin biz bütün bunlara baxmayaraq bu səddi keçəcəyik. Xalq olaraq biz imkan verməyəcəyik ki, bizi parçalasınlar. Biz onsuz da bölünmüşük. Biz birləşəcəyik. Biz güclüyük. Bizm xalqın birləşməsinə heç kim mane ola bilməyəcək. Kim olursa olsun, imkan verməyəcəyik ki xalqmızı tapdalasınlar. Biz insanların azad olduğu və səsvermə hüququndan istifadə edə bildiyi demokratik bir cəmiyyətdə yaşamaq istəyirik”.
A.Abbasov daha sonra sözünə davam edərək deyib:
“Deyirlər Allah adamı cəzalandırmaq istəyəndə birinci ağlını əlindən alır. Mən istəyirəm ki, hamımız başa düşək: xalqımız güclü olmalıdır. Bunun üçünsə bir yerdə yaşamalıdır”.
A.SƏFƏRLİ