Modern.az

Kişi pilləkəndən yıxılaraq öldü

Kişi pilləkəndən yıxılaraq öldü

Aktual

8 Fevral 2023, 17:00

Göyçay şəhərinin Abdulla Farux küçəsində kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, rayon sakini, 1958-ci il təvəllüdlü Məhərrəmov Məhərrəm Allahqulu oğlu yaşadığı evin pilləkənindən aşağı düşərkən ehtiyatsızlıq səbəbindən yıxılıb.

 

Nəticədə betonun üstünə düşən 65 yaşlı kişi başından ağır travma alıb. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı Göyçay Rayon Prokurorluğu araşdırma aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir