
AFFA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Azərbaycan kuboku uğrunda oyunda baş verən xoşagəlməz hadisələrə münasibət bildirib. Onun sözlərinə görə, bu məsələyə intizam komitəsi baxılacaq.
“Hər şeyi dəqiq araşdırandan sonra bu barədə qərar veriləcək. Ondan sonra klublar haqqında hansı qərarların qəbul olunacağı bəlli olacaq”, – deyə M. Nərimanoğlu
Modern.az-a bildirib.
Xatırladaq ki, Azərbaycan kuboku uğrunda final oyununda “Neftçi” penaltilər seriyasında “Xəzər Lənkəran”a 5:3 hesabı ilə qalib gələndən sonra tərəflər arasında dava düşüb.
Abbas Quliyev