Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı qardaş ölkəyə humanitar yardımların toplandığı məkanı - Heydər Əliyev adına İdman-Konsert Kompleksini ziyarət edib.
Modern.az xəbər verir ki, bu barədə səfir tviter hesabında bildirib.
"Ürəyi Türkiyə ilə atan qardaşlarımız! Kimin gücü nəyə çatırsa, gətirir. Var olun",- deyə səfir bildirib.