Modern.az

“Suriyanın dostları” Tehranda toplaşıb

“Suriyanın dostları” Tehranda toplaşıb

29 May 2013, 15:03


“Suriyanın dostları” Suriya məsələsinin diplomatik yolla  həlli üçün İran paytaxtında “Siyasi həll yolu, regional sabitlik” şüarı altında 40 ölkənin iştirakı ilə görüş keçirir. Görüş İran xarici işlər naziri Əli Əkbər Salehinin nitqi ilə başlayıb.
Modern.az İran mətbuatına istinadən xəbər verir, İran Xarici İşlər Nazirlyinin sözçsü Abbas Araqçı görüşlə bağlı fikirlərini səsləndirib.
”İran Suriyadakı terrorçu qüvvələri və  ölkədə danışıqlar yolu ilə sabitlik yaratmağa çalışan əsl müxalifətçi qüvvələri  bir-birindən fərqləndirir”.
Görüşdə İraq xarici işlər naziri Huşyar Zəbari, Livanın keçmiş prezidenti Emil Lahud, Əlcəzair xarici işlər naziri Murad Mədəlci də iştirak edir.
İran Suriya məsələsi ilə bağlı bundan əvvəl iki görüş keçirmişdi.

Peykər İbrahimova

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama