Modern.az

İsgəndər Həmidov saxlanılıb

İsgəndər Həmidov saxlanılıb

29 May 2013, 15:30

Bu gün saat 15 radələrində özlərini polis kimi təqdim edən şəxslər Nərimanov rayonunda yerləşən Montin bağında sabiq daxili işlər naziri İsgəndər Həmidovu saxlayaraq özləri ilə aparıblar. Bu barədə musavat.com-a məlumatı hadisə vaxtı İsgəndər Həmidovu müşayiət edən Eldar Tağıyev məlumat verib.

Onun sözlərinə görə bir neçə nəfər “bozqurd” çayxanada oturub söhbət etdiyi vaxt onlara yaxınlaşan şəxlər, "Polis!" qışqıraraq onları yerə yıxdılar, İsgəndər Həmidovun isə qollarını buraraq  maşına otuzdurublar. E. Tağıyev onların ya MTN-dən, ya da DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsindən olduqlarını ayırd edə bilmədiklərini deyir.

Güman olunur ki, sabiq daxili işlərinin və keçmiş siyasi məhbusun həbsi dünən Novxanıda keçirilən mitinqdə hakimiyyətin ünvanına səsləndirdiyi sərt ifadələrlə bağlıdır.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama