Modern.az

Azərbaycanlı tələbələrlə ermənilərin gizli görüşü keçirilib - FOTO

Azərbaycanlı tələbələrlə ermənilərin gizli görüşü keçirilib - FOTO

29 May 2013, 15:32

 

Mayın 25-də Gürcüstanın Marneuli rayonunun Təkəli kəndində Azərbaycandan gedən  nümayəndə heyəti ilə ermənilər arasında görüş keçirilib. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, ermənilərlə görüşdə Gəncə şəhərindən olan tələbələr iştirak ediblər.

“Humanizmin mimikriyası və sülhyaranma praktikası” mövzusundə dinləmələr Demokratiyaya yardım Fondunun təşkilatçılığı ilə baş tutub.

Dinləmələrdə Azərbaycanın tanınmış elm xadimi, filosof Niyazi Mehdi də iştirak edib. N.Mehdi tədbirdə çıxış edərək Dağlıq Qarabağa məxsus ordunun yaradılmasını təklif edib.

Qeyd edək ki, görüşdə erməni yazıçı Levon Cavaxyan da iştirak edib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama