Modern.az

Diaspor Komitəsi Abbas Abbasovun iradına cavab verdi

Diaspor Komitəsi Abbas Abbasovun iradına cavab verdi

29 May 2013, 15:45

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) Ağsaqqallar Şurasının sədri, Azərbaycan baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun Samarada keçirilmiş “Azərbaycan Mədəniyyət günləri”nə Azərbaycan dövlət strukturu nümayəndələrinin və təşkilatlarının dəstək verməməsinə Diasporla İş üzrə Dövlət Komitəsi münasibət bildirib.

Dövlət Komitənin təbliğat-informasiya şöbəsinin müdiri E.Miraləm Modern.az-a açıqlamasında bildirib ki, Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Samara vilayətində keçirilən Samara Azərbaycanlıları Liqasının 10 illiyi və Azərbaycan Demokratik Respublikasının 95 illiyinə həsr olunmuş Azərbaycan Mədəniyyəti Günlərində iştirak edib.

“Dövlət Komitəsi Samara Azərbaycanlıları Liqası ilə yaxından əməkdaşlıq edir. Bu baxımdan, müsahibədəki fikirlərin bilavasitə Dövlət Komitəsinə aid olduğunu düşünmürük və müsahibədə də konkret olaraq Dövlət Komitəsinə ünvanlanmış heç bir fikir yoxdur”.

Qeyd edək ki, “AzerRos”un rəsmi saytına müsahibəsində A.Abbasov Azərbaycanın dövlət strukturu və bəzi Azərbaycan diaspor təşkilatlarının bu tədbirə dəstək verməməsini onların bədbəxtçiliyi adlandırıb. O bildirib ki,  hazırda hamı Rusiyada yaşayan azərbaycanlılarla bağlı hansı situasiyanın baş verdiyini başa düşür. “Bu təkcə Rusiyada deyil. Ukraynada, Belorusda, Özbəkistanda, hər yerdə bizim bədbəxçiliyimizdir”. “Azerros”un Ağsaqqallar Şurasının sədri bu münasibəti “düzgün olmayan siyasət” adlandırıb.  

Aytən ƏLİYEVA  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama