Modern.az

Bakıdakı Milli Tolerantlıq Mərkəzi beynəlxalq təqdimat keçirib

Bakıdakı Milli Tolerantlıq Mərkəzi beynəlxalq təqdimat keçirib

29 May 2013, 16:59

Bu gün Bakı Biznes mərkəzində  II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi keçirilib. Mərasimdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyəli qonaqları  BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tveycri, bir sıra digər beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ölkəmizdə akreditə olmuş səfirlər iştirak ediblər.

Əvvəlcə, qonaqlara “Azərbaycan – Tolerantlıq məkanı” adlı qısametrajlı film təqdim edilib.   Tədbirdə ilk olaraq çıxış edən DQİDK sədri Elşad İskəndərov qonaqları salamlayıb, Milli Tolerantlıq Mərkəzinin yaradılmasının əsas məqsədləri və perspektiv fəaliyyət istiqamətləri barədə təqdimat edib, həmçinin ölkəmizdəki mövcud tolerantlıq barədə məlumat verib. 

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləzizəl-Naser çıxışı zamanı qeyd edib ki, bu təşəbbüs Azərbaycanda dinlərarası münasibətlərin daha da möhkəmlənməsində xüsusi rol oynayacaq.  

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev artıq ikinci dəfədir ki, ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk tədbir olan Milli Tolerantlıq Mərkəzinin təqdimatında iştirak edən Forum iştirakçılarını salamlayıb və bu təqdimatın təsadüfi olmadığını, Milli Tolerantlıq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası tolerantlığa töhfə verəcəyini qeyd edib.    

İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tveycri Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib və bildirib ki, məhz Azərbaycanda Milli Tolerantlıq Mərkəzinin yaradılması vaxında atılmış addımdır. Əbdüləziz Osman əl-Tveycri dəfələrlə ölkəmizdə olduğunu və buradakı mövcud tolrant mühit haqqında məlumatlı olduğunu ifadə edib, bildirib ki, bu dünyaya nümunə ola biləcək bir modeldir.   Tədbirdə YUNESKO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu oxunub.  

Daha sonra Milli Tolerantlıq Mərkəzinin ilk layihəsi olan “Azərbaycan – Tolerantlıq məkanı” təqdim olunub. 

Təqdimatı dünya şöhrətli fotoqraf Reza Deqatı edib. Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanda mövcud dini və tarixi-dini mərkəzlər, abidələr Reza Deqati tərəfindən fotolara köçürülüb.   Digər çıxış edənlər də yeni yaradılan Milli Tolerantlıq Mərkəzinin gələcəkdə mövcud ənənələrə böyük töfhə verəcəyini diqqətə çatdırıblar.  

Təqdimat mərasimində Milli Tolerantlıq Mərkəzi “Hörmət naminə birləş” adlı layihə çağırışının təqdimatı olub. Təqdimatda Azərbaycanda dövlət qeydiyyatından keçmiş müxtəlif dinlərə mənsub dini icmaların Milli Tolerantlıq Mərkəzinə birgə layihə təqdim etməklə maliyyələşdiriləcəyi vurğulanıb, qeyd edilib ki, bu dinlərarası dialoqun daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Sonda İSESKO və BMT Azərbaycandakı nümayəndəliyi ilə DQİDK arasında ikitərəfli əməkdaşlığa dair memarandum imzalanıb.




Modern.az
 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama