Modern.az

Rusiya terrorçu dövlətdir - Polşa baş naziri

Rusiya terrorçu dövlətdir - Polşa baş naziri

Dünya

9 Fevral 2023, 12:45

Polşanın baş naziri Mateuş Moraveyski Ukraynadakı müharibədən danışıb.

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, o, Rusiya ilə müzakirələrə qarşı olduğunu bildirib.

 

"Müharibənin dayandırılması üçün Rusiya prezidenti Vladimir Putinlə danışıqlara getmək lazım deyil. Mən bunun əleyhinəyəm. Rusiya terrorçu dövlətdir", - deyə o söyləyib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər