“Xarıbülbül” Festivalı bu tarixdə keçiriləcək

“Xarıbülbül” Festivalı bu tarixdə keçiriləcək

9 Fevral 2023, 15:08

“Xarıbülbül” VI Beynəlxalq Folklor Festivalının keçiriləcəyi tarix məlum olub.

 

Modern.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

 

Belə ki, festival bu ilin mayında keçiriləcək.

 

Festivalın təşkili Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynada son vəziyyə - Azərbaycanlı polkovnik danışır