Modern.az

Hansı dünya brendləri Türkiyəyə dəstək vermədi?

Hansı dünya brendləri Türkiyəyə dəstək vermədi?

Dünya

9 Fevral 2023, 16:17

Fevralın 6-da baş vermiş zəlzələ ilə bağlı dünyanın müxtəlif yerlərindən Türkiyəyə yardımlar davam edir, lakin bəzi dünya brendlərinin təbii fəlakətdən zərər çəkən insanlara yardım etmədiyi diqqətdən yayınmayıb.

 

Modern.az-ın məlumatına görə, bir sıra dünya brendləri Türkiyəyə heç bir yardım etməyiblər. 

 

Onların sırasına Türkiyə seriallarının da yayımlandığı  "Netflix", yüzlərlə şöbələri olan "Starbucks", "Spotify", "Red Bull", "Hennes & Mauritz", həmçinin "Samsung Türkiye", "Disney +" və digər şirkətlər də var.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 14 351 nəfərə çatıb. Yaralı sayı 62 937 nəfərdən çoxdur.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər