Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 26-da keçirilmiş sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb.
İmtahanın nəticələri komissiyanın internet saytında //tqdk.gov.az/netsinaq/ yerləşdirilib. Sonuncu sınaq imtahanı respublikanın 27 şəhərində 56 imtahan mərkəzində keçirilib. İmtahanda iştirak etmək üçün 40524 abituriyent qeydiyyatdan keçmişdi.
Aytən Əliyeva