Modern.az

Sabiq deputat zəlzələdə həlak olub

Sabiq deputat zəlzələdə həlak olub

9 Fevral 2023, 22:12

Türkiyə parlamentinin Kahramanmaraşdan seçilmiş sabiq millət vəkili Sıtkı Güvenç zəlzələdə həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı məlumat yayıb.

 

“İyirmi dördüncü çağırış Türkiyə Böyük Millət Məclisində birlikdə çalışdığımız Kahramanmaraş millət vəkili Sıtkı Güvenç zəlzələdən sonra dağıntılar altında dünyasını dəyişib. Allah rəhmət eləsin. Məkanı cənnət olsun”, - səfir "Twitter" hesabında yazıb.

 

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin üzvü, Ədalət və İnkişaf Partiyasının Adıyamandan seçilən deputatı Yakup Taş da zəlzələ nəticəsində həlak olub.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər