Modern.az

Türkiyədə futbol oyunları bu tarixdə bərpa olunacaq

Türkiyədə futbol oyunları bu tarixdə bərpa olunacaq

10 Fevral 2023, 09:16

Türkiyə Superliqasında oyunların 3-4 mart tarixlərindən etibarən davam edəcəyi planlaşdırılır.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının prezidenti (TFF) Mehmet Böyükekşi açıqlayıb.

 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ölkənin 10 əyalətində, o cümlədən Suriya da daxil olmaqla, qonşu dövlətlərdə hiss edilib. Son məlumatlara görə, Türkiyədə 16,5 mindən çox insan ölüb, 66 mindən çox insan yaralanıb.

 

Türkiyədə güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar yeddigünlük milli matəm elan olunub. Həmçinin bütün idman yarışları təxirə salınıb.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək