ABŞ-ın müdafiə naziri Lloyd Ostin gürcüstanlı həmkarı Cuanşir Burçuladze ilə görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Tbilisidəki səfirliyi feysbuk səhifəsində paylaşım edib.
Görüş Burçuladzenin ABŞ-a səfəri çərçivəsində baş tutub.
Bildirilib ki, Ostin ABŞ-ın Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə olan sabit dəstəyini vurğulayıb və həmkarını səmimi şəkildə qarşılayıb. Görüşdə Gürcüstanın Avro-Atlantik gələcəyinə kömək və ölkə ordusunun müdafiə və çəkindiricilik qabiliyyətinin artırılması səylərinə verilən dəstək müzakirə edilib.
"Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq ABŞ-Gürcüstan strateji müttəfiqliyinin təməl daşıdır", - deyə məlumatda qeyd olunub.