Slovakiya Ukraynaya qırıcı tədarükünə başlayacaq.
Modern.az NEXTA-ya istinadən xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Eduard Xeqer bildirib.
O, Ukraynanın müraciətinin yerinə yetiriləcəyini və "MiQ-29" qırıcı döyüş təyyarələrinin bu ölkəyə tədarük olunacağını bildirərək söz verib. Lakin sözügedən təyyarələrin Ukraynaya nə vaxt çatdırılacağı barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, Ukrayna Qərb ölkələrindən tank tədarükünün genişləndirilməsi, habelə döyüş təyyarələri və uzaqmənzilli raketlərin tədarükünə başlanmasını tələb edir.