Modern.az

Zəlzələ bir ailəni məhv etdi - beşəmlərdən bir körpə sağ qaldı - FOTOLAR

Zəlzələ bir ailəni məhv etdi - beşəmlərdən bir körpə sağ qaldı - FOTOLAR

10 Fevral 2023, 10:45

Türkiyənin Hatay vilayətində baş verən dağıdıcı zəlzələ bir ailədən 5 uşağın və ata-ananın məhv olmasına səbəb olub.

Modern.az “Yeniakit” qəzetinə istinadən xəbər verir ki, xilasedicilər dağıntılar altında qalan Hüseyn Huyluoğlu və Merve Huyluoğlu cütlüyünün 6 uşağından yalnız 1-ni sağ qurtara biliblər. Xilas edilən körpə ailədəki beşəmlərindən biri olan Məhəmməd adlı oğlandır.

Hüseyn Huyluoğlunun çalışdığı turizm şirkəti acı xəbəri təsdiqləyib.

Şirkətin sosial media hesabındakı paylaşımında aşağıdakı ifadələr yer alıb:
 

“Məkkə bələdçimiz Hüseyn Huyluoğlu Hatay zəlzələsində ailəsi ilə birlikdə dünyasını dəyişib. Yalnız oğlu Məhəmməd sağ qalıb. Allah rəhmət eləsin, ailəsinə səbr versin”.


17 il əvvəl bir turizm agentliyinin əməkdaşı kimi işləmək üçün Səudiyyə Ərəbistanına gedən hataylı Hüseyn Huyluoğlu Səudiyyə Ərəbistanında doğulub böyüyən trabzonlu Merve Özerlə 2013-cü ildə evlənmişdi.

2016-cı ildə ilk qızlarını qucağına alan Huyluoğlu ailəsi 2020-ci ilin mart ayında 3-ü oğlan və 2-si qız olmaqla beşəmlərin dünyaya gəlməsinə sevinmişdi.

29 iyul 2020-ci il tarixində koronovirus epidemiyası səbəbilə böyük çətinliklərlə üzləşən və Səudiyyə Ərəbistanında qalan Huyluoğlu ailəsi Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən Türkiyəyə gətirilmiş və Hatayda məskunlaşmışdı.



Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!