Modern.az

Beynəlxalq Epizootiya Təşkilatının missiyası Azərbaycana göndəriləcək - FOTOLAR

Beynəlxalq Epizootiya Təşkilatının missiyası Azərbaycana göndəriləcək - FOTOLAR

Təhsil

30 May 2013, 09:20

Xəbər verildiyi kimi, kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti 2013-cü ilin 26-31 may tarixlərində keçirilən Beynəlxalq Epizootiya Təşkilatının Nümayəndələrinin Ümumdünya Assambleyasının 81-ci baş sessiyasında iştirak etmək məqsədilə Fransanın Paris şəhərində səfərdədir.

  Səfər çərçivəsində nümayəndə heyətinin rəhbəri nazir İsmət Abasov Beynəlxalq Epizootiya Təşkilatının baş direktoru Bernard Vallat ilə görüş keçirib. Görüşdə Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq at yarışlarına hazırlıqla bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər müzakirə olunub. Yarışda iştirak edəcək atların baytarlıq sanitariyası baxımından təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilmiş tədbirlər barədə müqabil tərəfə məlumat verilib. Görüşdə, həmçinin, Azərbaycanda baytarlıq sahəsinin Beynəlxalq Epizootiya Təşkilatının mütəxəssisləri tərəfindən ilkin qiymətləndirilməsinə dair hesabatda öz əksini tapmış məsələlər, əldə edilmiş nailiyyətlər və həyata keçirilməli olan işlərin birgə həlli yolları müzakirə edilib. Beynəlxalq Epizootiya Təşkilatının Baş direktoru yarışların keçirilməsi ilə əlaqədar faktiki vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycana təşkilatın ekspertlərindən ibarət missiyanın göndəriləcəyini qeyd edib.  



Daha sonra nazir İsmət Abasov Azərbaycan və Beynəlxalq Epizootiya Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi, habelə Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq at yarışlarına hazırlıq istiqamətində konkret tədbirləri müzakirə etmək məqsədilə təşkilatın Regional Komissiyasının fəxri prezidenti və Şərqi Avropa üzrə Regional Nümayəndəsi professor Nikola Belev ilə görüş keçirib. Görüş zamanı at yarışlarına hazırlıqla bağlı müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, atların identifikasiyası prosesinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Müqabil tərəf ümumilikdə hazırlıqla bağlı işlərin gedişindən məmnunluğunu bildirməklə yanaşı, yarışların uğurlu keçməsi üçün öz tövsiyələrini təqdim edib. Səfər davam edir.



Modern.az
 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama