Modern.az

Moskva Kiyevlə sülh danışıqlarına hazırdı - Kremlin BMT-dəki rəsmisi

Moskva Kiyevlə sülh danışıqlarına hazırdı - Kremlin BMT-dəki rəsmisi

Dünya

10 Fevral 2023, 12:02

Moskva Kiyevlə sülh danışıqlarına başlamağa hazırdır.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib. O qeyd edib ki, Rusiya ciddi təklifləri müzakirə etməyə hazırdır.

“Ukrayna ilə danışıqlara dair mövqeyimiz məlumdur və dəyişməyib. Biz hələ də təkliflərimizi və yerdəki vəziyyəti nəzərə alan ciddi təklifləri nəzərdən keçirməyə hazırıq”, - deyə Vasili Nebenzya “RİA Novosti”yə müsahibəsində bildirib.

O qeyd edib ki, Ukrayna tərəfindən danışıqlara hazır olmaq əlaməti görmür.
 

Bundan əvvəl Vasili Nebenzya bildirmişdi ki, Ukrayna münaqişəsinə son qoymaq üçün Qərbin Rusiyaya qarşı proksi müharibəsinə də son qoymaq lazımdır. O qeyd etmişdi ki, ciddi əməkdaşlığa başlamaq üçün ilkin şərtlər görmür. Nebenzya hesab edir ki, Ukrayna ordusu sadəcə olaraq Qərb liderlərinin əlində alətdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər