Modern.az

Məscidlərimizdə zəlzələdə ölənlər üçün cənazə namazı qılındı

Məscidlərimizdə zəlzələdə ölənlər üçün cənazə namazı qılındı

Mədəni̇yyət

10 Fevral 2023, 13:13

Azərbaycan məscidlərində Türkiyədəki zəlzələdə ölənlər üçün cənazə namazı qılınıb.

 

Modern.az xəbər verir ki, zəlzələ qurbanları üçün Quran oxunub, meyit namazları qılınıb.

 

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Zəlzələ Türkiyənin daha 10 şəhərinə ziyan vurub. Ümumilikdə 7 minə yaxın bina çöküb. 

 

Son məlumata əsasən, zəlzələ nəticəsində 18 342 nəfər həyatını itirib, 74 242 nəfər isə yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir