Modern.az

Subay 1-ci xanım - karate üzrə qara kəmər sahibi - FOTOLAR

Subay 1-ci xanım - karate üzrə qara kəmər sahibi - FOTOLAR

30 May 2013, 11:08

Seksual oriyentasiyası şübhəli prezident göy rəngin vurğunudur

Modern.az saytı “Birinci ledilər” rubrikasında xarici ölkələrin birinci xanımları barədə təqdimatı davam etdirir. Rubrukanın budəfəki təqdimatı Litva Respublikasının birinci xanımıdır. O, həm prezident, həm də birinci xanımdır – Dalya Qribauskayte.

2009-cu ildən etibarən Litva dövlət başçısı olan xanım Dalya Qribauskayte 2004-2009-cu illərdə Avropa Komissiyasının büdcə və maliyyə planlaşdırmaları üzrə komissarı olub. 1991-ci ildə Litva Beynəlxalq İqtisadi Əlaqələr Nazirliyinin Avropa departamentinin direktoru, 1999-2000-ci illərdə isə maliyyə nazirinin müavini, 2000-2001-ci illərdə xarici işlər nazirinin müavini və 2001-2004-cü illərdə Litva Respublikasının maliyyə naziri vəzifələrini tutub.

Karyera pillələrində yüksək sürətlə irəliləyən xanım Qribauskayte 1956-cı il martın 1-də Vilnüsdə dünyaya gəlib. Dalya Qribauskayte 1976-cı ildə Jdanov adına Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin axşam şöbəsini bitirib. Tələbəlik vaxtlarından o, “Rot-Front” Leninqrad dəri fabrikində həm fəhlə, həm də laborant kimi çalışıb. 1983-cü ildə ali təhsilini başa vurub.

2009-cu il prezident seçkisində açıq bir üstünlüklə  (seçici səslərinin 70%-i) qələbə qazanmış Dalya Qribauskayte ingilis, rus, polyak, fransız dillərini mükəmməl bilir. Bu xanımın idman sahəsindədə uğurları var: Dalya Qriubauskayte karate üzrə qara kəmər sahibidir.

Litva prezidenti-birinci xanımı Dalya Qriubauskayte subaydır.

Bir vaxtlar Litvanın sarı mətbuatında çox aktiv bir şəkildə xanım D.Qriubauskaytenin qeyri- ənənəvi seksual oriyentasiyaya sahib olduğu geniş müzakirə olunurdu. Xanım prezident bunu qəti surətdə inkar edib.

Litvanın tanınmış yazarları və politoloqlarından biri olan L.Belinis Dalya Qriubauskaytenin siyasi fəaliyyəti və həyatına həsr olunmuş iki hissəli “Prezident” və “Prezident 2 ” adlı kitablar yazıb.

Daha bir maraqlı fakt isə odur ki, birinci xanım heç bir siyasi partiyaya mənsub deyil. Jurnalistlərin bunun səbəbi ilə bağlı sualına prezident belə cavab verib: “23 il məndən bunu tələb ediblər. Mən hər zaman bundan qaçmağa çalışmışam, indi də qaçıram. Məncə uğurlu karyera, yaxşı iş, insanın hansısa siyasi partiyaya mənsub olmağından asılı deyil”.

Xanım prezidentin ən çox sevdiyi rəng göydür. Onun bu zövqünə yaxşı bələd olan həmkarı, Estoniya prezidenti Tomas İlves Litvaya səfəri zamanı Dalya xanıma göy rəngli şal hədiyyə edib.




Günəş FƏRHADLI
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI