Modern.az

Abituriyentlərin imtahan nəticələri açıqlandı

Abituriyentlərin imtahan nəticələri açıqlandı

Təhsil

30 May 2013, 11:09

2013/2014-cü tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə

qəbul olmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün 29.05.2013-cü il tarixində keçirilən test imtahanının nəticələri açıqlanıb. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nəticələr artıq TQDK-nın rəsmi saytında - //tqdk.gov.az/netrf/ yerləşdirilib.

Qeyd edək ki, test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə 2013-cü il mayın 30-da saat 15-də keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaqdır.

 

Modern.az

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama