Ermənistan müdafiə naziri Suren Papikyan və rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq barədə mövzulara da toxunulub.
Qeyd edək ki, Ermənistanıb müdafiə naziri Suren Papikyanın vəzifəsindən istefası gözlənilir.