Modern.az

Rusiya Yaponiya ilə sülh imzalayacaq? - Zaxarova açıqladı

Rusiya Yaponiya ilə sülh imzalayacaq? - Zaxarova açıqladı

Dünya

10 Fevral 2023, 16:53

"Yaponiya ilə sülh müqaviləsi imzalamaq imkanları mövzusu Rusiya Federasiyası üçün bağlanıb".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

 

Həmçinin o bildirib ki, ABŞ-ın hipersəs raketlərinin Yaponiya ərazisində yerləşdirilməsi regionda təhlükəsizlik vəziyyətini keyfiyyətcə dəyişəcək və dünyada strateji sabitliyə mənfi təsir edəcək.

 

Rusiya XİN-in sözçüsü Qərbin ünvanına tənqidlər səsləndirib.

 

Qeyd edək ki, İkinci Dünya müharibəsinin sonunda Rusiya və Yaponiya arasında sülh müqaviləsi bağlanmadığı üçün bu ölkələr kağız üzərində müharibə vəziyyətində hesab olunurlar. Moskva və Tokio arasında ərazi mübahisələri də mövcuddur.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər