Modern.az

Azərbaycanlı ilə erməni “işbirliyi”

Azərbaycanlı ilə erməni “işbirliyi”

Təhsil

30 May 2013, 11:47

Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiyanın Vladivostok şəhərində adam oğurluğu və hədə-qorxu gəlməkdə ittiham edilən Edqar Marqaryan və azərbaycanlı Vasif Rzayevin məhkəmə prosesi davam edir. Cinayət işində göstərilir ki, onlar 8 may 2012-ci ildə silahla hədə-qorxu gəlmək yolu ilə 46 yaşlı azərbaycanlı biznesmeni oğurlayaraq girov saxlayıblar. Girovun yaxınları ilə əlaqə saxlayaraq azad olunması qarşılığında 200 min rubl pul tələb ediblər. Oğlu bu məbləği ödədikdən sonra isə onlar girovu azad edərək naməlum istiqamətdə gizləniblər. Lakin hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində adam oğruları həbs ediliblər.
Məhkəmənin qərarı ilə 29 yaşlı Edqar Marqaryan adam oğurluğunda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli həbsxanada keçirəcək. Onun “ortağı” Vasif Rzayevin məhkəməsi isə hələ davam edir. 

  Vüqar İsmayılov  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama