Modern.az

Ukrayna 61 hərbçisinin meyitini geri qaytardı

Ukrayna 61 hərbçisinin meyitini geri qaytardı

Dünya

10 Fevral 2023, 18:00

Daha 61 hərbçinin meyiti Ukraynaya geri qaytarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, həlak olan 61 hərbçinin cəsədi Ukraynaya qaytarılıb və qohumlarına təhvil verilib.

 

Cəsədlərin təhvil verilməsi Cenevrə Konvensiyasının normalarına və beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq həyata keçirilib. Həmçinin qeyd olunub ki, itkin düşmüş şəxslər üzrə ofis fəaliyyətə başlayandan bəri 888 hərbçinin cəsədi geri qaytarılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər