Türkiyənin "Yeni Malatyaspor" klubu zəlzələ səbəbindən bu mövsüm I Liqadakı çıxışını dayandırıb.
Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib.
O bildirib ki, Malatya təmsilçisindən sonra "Adanaspor"un da çempionatdan çıxmaq üçün federasiyaya müraciət edəcəyi gözlənilir.
Daha əvvəl "Hatayspor" bu mövsüm Superliqada mübarizə aparmayacağını açıqlayıb.