Modern.az

Prezident əmək pensiyaları ilə bağlı sərəncam İMZALADI

Prezident əmək pensiyaları ilə bağlı sərəncam İMZALADI

Ölkə

10 Fevral 2023, 18:11

Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki. sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2023-cü il yanvarın 1-nə 2022-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

 

- orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

 

- istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2023-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.

 

Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...