Modern.az

İsraildə terror aktı - Ölənlər və yaralılar var

İsraildə terror aktı - Ölənlər və yaralılar var

Dünya

10 Fevral 2023, 18:44

Yerusəlimdə avtomobil bir neçə nəfərin olduğu avtobus dayanacağına çırpılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, hadisə nəticəsində altı yaşlı uşaq və 20 yaşlı gənc həlak olub, daha 6 nəfər yaralanıb.

 

İsrail hakimiyyəti hadisəni terror hücumu kimi qiymətləndirib, sürücü polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

 

Nəşrin məlumatına görə, hücum edən şəxs İsaviyə bölgəsinin 31 yaşlı sakini Hossein Karakadır. 

 

“Terrorçu yerindəcə zərərsizləşdirilib və məhv edilib. Yenə də biz günahsız insanların yaralanmasına səbəb olan ciddi insidentlə, cümə günü günortadan sonra avtobus dayanacağında gözləyən mülki şəxslərə qarşı vəhşicəsinə hücumla üzləşirik”, - İsrailin fövqəladə hallar xidmətinin rəsmisi bildirib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər